Aqrokadr.az karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmışdır. Portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.
Məqsədimiz
Aqrar sahədə çalışan, təhsil alan və ixtisaslaşan mütəxəssislərlə aqrar müəssisələr arasında körpü yaratmaq.
Missiyamız
-Aqrar əmək bazarı üzrə bütün maraqlı tərəflərin: fərdlərin, işçilərin, həmçinin dövlət və biznes sektorunun, iqtisadiyyat və cəmiyyətin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi olmaq;
-Aqrar sahədə çalışan və karyerasını bu sferada qurmaq istəyən fərd, mütəxəssis və peşəkarların, həmçinin təşkilat və şirkətlərin ən böyük platformasını formalaşdırmaq;
-Aqrar sahədə əmək şəraitinin və iş-həyat balansının daha da təkmilləşdirilməsi, əmək münasibətlərinin və əmək qanunvericiliyinin müasir biznesin çağırışlarına cavab verilməsi istiqamətində töhfə vermək;
Yerli və beynəlxalq iqtisadiyyatın tələblərinə cavab verən innovativ aqrar kadr hazırlığı prosesinə istiqamət və dəstək vermək;
-Aqrar sahədə müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssisləri özündə birləşdirən mərkəzə çevrilmək.
Prinsiplərimiz
Operativlik- imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət;
Şəffaflıq- karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək;
Peşəkarlıq- fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma.