Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 14 dekabr 1992-ci il tarixli 1058 saylı əmri ilə Elmi İstehsalat Birliyinin tabeliyindən 8 meyvə tingliyi sovxozları çıxarılmış və institutun əvvəlki adı 30 mart 1993-cü il tarixli 207 saylı qərarla özünə qaytarılaraq, Ə.Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarı ilə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu Azərbaycan Kənd Təsəsrrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin struktur tərkib hissəsinə daxil olmuş və fəaliyyətini davam etdirmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 saylı qərarı və Kənd Təsərrüfatı Nazirliyinin 22 iyun 2015-ci il tarixli 192 saylı əmri ilə institutun adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutut adlandırılmışdır. Hazırda dövlət elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətini davam etdirir.
http://mceti.az