Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu Azərbaycan Elmlər Akademiyasının elmi bazaları, ştat vahidləri və maliyyə vəsaiti əsasında SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı "Azərbaycan SSRİ-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqqında" qərarı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Nazirlər Sovetinin 6 iyun 802 saylı "Azərbaycan SSR-nin kolxoz və sovxozlarında taxıl və pambıq istehsalının artırılması tədbirləri haqda" qərarı ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabrından fəaliyyət göstərir.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Sovetinin 14 fevral 1956-cı il tarixli 253 saylı qərarına, Sovet Sosialist Respublikaları İttifaqı Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il tarixli 87 saylı əmrinə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı "Kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" qərarına uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməklə Tərtərdə Azərbaycan Dövlət Seleksiya Stansiyasının bazasında Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılmış, Azərbaycan Sovet Sosialist Respublikası Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.
Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.
https://www.aetei.az/